• 25 Aprel 2024
logo
Zəlzələdən sonra Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 evin tikintisi başa çatdırılıb

Zəlzələdən sonra Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 evin tikintisi başa çatdırılıb

Zəlzələnin nəticələrin aradan qaldırılması məqsədi ilə yaradılmış Komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən 2019-cu il ərzində Şamaxıda 6251, Ağsuda 3085, İsmayıllıda 1273 olmaqla cəmi 10609 evə baxış keçirilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında bildirilib. Qeyd olunub ki, baxış zamanı Şamaxıda 205, Ağsuda 251, İsmayıllıda 124 olmaqla cəmi 580 ev qəzalı vəziyyətdə olması müəyyən edilib.

Həmçinin Şamaxıda 1288, Ağsuda 455, İsmayıllıda 320 olmaqla cəmi 2063 evin bərpa-gücləndirilməsinə ehtiyac yaranıb.

Ötən dövr ərzində Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 olmaqla ümumlikdə 504 fərdi evin, Şamaxı şəhərində 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi, həmçinin 1708 evdə bərpa işləri başa çatdırılıb.

Hazırda 76 fərdi evin tikintisi aparılır.