• 1 Noyabr 2020
logo
Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar

Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar

COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin günlərdə sosial təcrid vəziyyətində olan bir çox insanlar son ümidini dövlətin dəstəyinə bağlayır.

Martın 19-da prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə xüsusi işçi qrupun yaradılması barədə fərman imzalayıb. İşçi qrup qarşısında pandemiyanın ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq vəzifəsi qoyulub. Yəni dövlət əhalinin rifahını və təhlükəsizliyini təmin etmək üçün daha bir addım atdı.

Bundan 10 gün sonra işçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov COVİD-19 virusunun ölkə iqtisadiyyatındakı fəsadlarını minimuma endirməyə yönələn tədbirlərin müəyyənləşdirildiyi təməl sənədi təqdim edib. Sənəddə iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram yer alıb. Həmin proqramların başlıca məramı iş yerlərinin azalmasına yol verməmək, vətəndaşlara maliyyə dəstək göstərməkdir. Yəni hər kəs təlaşa qapılmadan karantin qaydalarına əməl edərək zəruri ehtiyac olmadan evdən bayıra çıxmasın.

Sözügedən 10 proqramdan birincisi koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə çalışanların üzləşdiyi zərəri ödəmək üçün maliyyə dəstək tədbirlərini nəzərdə tutur. Belə ki, pandemiyanın fəsadlarına bütövlükdə məruz qalan 11 sahə, o cümlədən ictimai iaşə, nəqliyyat, ticarət, turizm, xidmətlər sahələri müəyyənləşdirilib.