• 27 Aprel 2024
logo
Azərbaycan maska istehsalına başlayır

Azərbaycan maska istehsalına başlayır

Azərbaycanda maskaların istehsalına başlanır.

Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabknetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycana maska istehsalı üçün xammal gətirilib:

"Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanacaq. Günə 200 min maska istehsal olunacaq. Prosesə aprelin əvvəlindən başlanacaq. Artıq avadanlıqlar quraşdırılıb. İş adamları və dövlət rəhbəri özlərinin nüfuzundan istifadə edərək xaricdən bu xammalı alıb və onlar Azərbaycana gətirilib. Bu xammallar satılmır".