• 26 Aprel 2024
logo
ETSN-də yeni təyinat olub

ETSN-də yeni təyinat olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.