• 28 Mart 2024
logo
Umayra Tağıyevaya yeni vəzifə verildi

Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, Umayra Tağıyeva 1990-cı ildən​ hidrometeorologiya sahəsində çalışır.