• 16 Aprel 2024
logo
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri verilə bilər

Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri verilə bilər

Azərbaycanda sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verildiyi əhali kateqoriyasına aztəminatlı gənclər də daxil edilir.

Bu, Mənzil Məcəlləsinə təklif edilən yeni dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə də sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Qanun layihələri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
bu gün keçirilən iclasında müzakirə edilib.