• 16 İyul 2019
logo
add image
UNESKO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq - Tibb işçisi

UNESKO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq - Tibb işçisi

Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması şəhərimizin ən böyük uğurudur.
Bunu Trend-ə açıqlamasında Şəki şəhərində tibb işçisi kimi çalışan Ruhəngiz Hümmətova deyib.
Onun sözlərinə görə, bu, Şəkinin, ümumilikdə Azərbaycanın tarixinə verilən dəyərdir: "Şəki şəhərində tarixi abidələrlə yanaşı, qədim adət-ənənələrimiz də qorunub saxlanılır. Şəkinin özünəməxsus adət-ənənəsi, yaşam tərzi var. Şəhər həm də hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. UNESKO tərəfindən şəhərimizə verilən bu qiymət şəkililəri daha da həvəsləndirəcək və onlar tariximizin, mədəniyyətimizin qorunmasında öz səylərini daha da artıracaqlar. Şəki əhalisi UNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi bu diqqəti bu qiyməti alqışlayır".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.