• 24 Aprel 2024
logo
Bakı Olimpiya Stadionu koronavirus əleyhinə aksiyaya qoşuldu

Bakı Olimpiya Stadionu koronavirus əleyhinə aksiyaya qoşuldu

Bakı Olimpiya Stadionu (BOS) da Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı #evdəqal aksiyasına qoşulub.

Arenanın üzərindəki işıqlandırmada "Evdə qal, sağlam qal" "Görünməyən qəhrəmanlar" şüarları əks olunub.

BOS rəsmi "Facebook" səhifəsindəki paylaşımda isə vətəndaşları evdə qalmağa, özlərinin və yaxınlarının sağlamlığını düşünməyə çağırıb.