• 1 Oktyabr 2020
logo
Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ianə etdi

Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ianə etdi

Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ianə edib.

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna BSU tərəfindən 30 min manat məbləğində pul köçürülməsi qərara alınıb.

"Qeyd edək ki, BSU-nun rektoru,Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın təşəbbüsü və başçılığı ilə universitet kollektivinin könüllü şəkildə bu vacib aksiyaya qoşulması bu ali təhsil müəssisəsinin bir daha xalqla,dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan rəhbərliyinin ölkə vətəndaşlarının təhlükəsizliyinin,sağlamlığının və Vətənin həyati maraqlarının müdafiəsi naminə həyata keçirdiyi təşəbbüsə yüksək səviyyədə dəstək verdiyini göstərir", - deyə BSU-dan bildirilib.