• 20 Aprel 2024
logo
“Bakı Metropoliteni”: Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir

“Bakı Metropoliteni”: Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir

“Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir və bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev “ATV Səhər” proqramında deyib.

Onun sözlərinə görə, artıq səhər 09:00-da metro qapılarını sərnişinlərin üzünə bağlayıb.

O, həmçinin sərnişinlərə müraciət edərək bildirib ki, insanlar sanitar-gigiyenik normalara riayət etməlidir və sıxlıq yaratmamalıdır.

Metro rəsmisi hazırda metroda dezinfeksiya işlərinin aparıldığını da söyləyib.