• 27 İyul 2024
logo
Lənkəranda 60 yaşlı qadın ana olub

Lənkəranda 60 yaşlı qadın ana olub

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın ilk dəfə olaraq ana olub.

AZƏRTAC-ın bölgə müxbiri verir ki, bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial hesabında paylaşılıb.

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini, 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qram, boyu 49 santimetr olan qız uşağı dünyaya gətirib.

Ana və körpənin vəziyyəti qənaətbəxşdir.