• 29 Mart 2024
logo
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib

Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib

Respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə elan olunan xüsusi karantin rejimində daha çox sosial dəstəyə ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Qazax Sement Zavodu MMC Qazax rayonu və sərhədyanı kəndləri də daxil olmaqla, bütün kəndlərdə yaşayan, yaşı 65-i ötmüş tənha yaşlıları evlərində ziyarət edərək, onlara bir aylıq ərzaq məhsulları paylayıb. Qazax RİH-nin nümayəndələri və könüllülərin də iştirakı ilə həyata keçirilən ziyarət zamanı rayon üzrə 130 tənha yaşlılara ərzaq payları çatdırılıb və infeksiyanın yayılmaması üçün zəruri tövsiyyələr verilib.

Məqsəd yaşlı insanları zəruri gündəlik tələbat malları ilə təmin etməklə onların evdə qalması və sağlamlığını qorumasıdır.