• 26 Aprel 2024
logo
DİN-də “qaynar xətt” xidməti yaradılıb

DİN-də “qaynar xətt” xidməti yaradılıb

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən "qaynar xətt" telefon xidməti yaradılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.