• 29 Mart 2024
logo
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürdü

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürdü

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.

İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.

Eyni zamanda xüsusi qeyd olunub ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanov Aşıq Şəmşir ailəsi və ictimai birlyin cox saylı üzvləri adından hər zaman olduğu kimi bu çətin və məsuliyyətli dövrdə də xalqımızı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyə, eyni zamanda onun tapşırığı ilə yaradışlmış Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tələblərinə əməl etməyə çağırıb.