• 30 Sentyabr 2020
logo
KOBİA-nın dəstəyi ilə “Kristall Plus” QSC tibbi spirt istehsalına başlayıb

KOBİA-nın dəstəyi ilə “Kristall Plus” QSC tibbi spirt istehsalına başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Kristall Plus” QSC tibbi spirt istehsalına başlayıb.

Agentlikdən verilən məlumata görə, KOBİA tərəfindən şirkətə bu istiqamətdə müvafiq dövlət dəstəyi göstərilib.

“Kristall Plus” QSC-nin istehsalı olan tibbi spirt müxtəlif ölçülərdə qablaşdırılıb və artıq satışdadır. Müəssisə gündə 20 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal yerli xammala əsaslanır.

Koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə artan təlabatının daha dolğun ödənilməsi üçün bir sıra yerli istehsalçılar tibbi spirt istehsalına başlamaq üçün KOBİA-ya müraciət ediblər. Agentlik özəl sektorun sosial məsuliyyəti bölüşmək təşəbbüsünü yüksək qiymətləndirir və bu istiqamətdə sahibkarlıq subyektlərinə konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və digər istiqamətlərdə dəstək göstərir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Kristall Plus” QSC tərəfindən müxtəlif növ şərablar və spirtli içkilər istehsal edilir.