• 12 İyul 2025
logo
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş dayandırıldı

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş dayandırıldı

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edirik.