• 1 İyul 2025
logo
Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-ü gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.