• 2 İyul 2025
logo
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə "Formula-1"in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, iyun ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi koronavirus səbəbilə keçirilməyəcək.

Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi yarışın 5-7 iyun 2020-ci il tarixlərində baş tutacağı bildirilirdi.

Bundan əvvəl Qran-prinin 7 mərhələsi təxirə salınıb.