• 1 Oktyabr 2020
logo
DSX-nın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb

DSX-nın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün - 16-58 təyin edilib.