• 29 Sentyabr 2020
logo
Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində fəaliyyət göstərəcək

Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində fəaliyyət göstərəcək

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının fəaliyyəti 2020-ci il martın 16-dan 20-dək məhdudlaşdırılır.

Komitədən bildirilib ki, vətəndaşlar Komitənin “Elektron xidmətlər portalı”dan yararlana, əlavə suallarla 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin vətəndaşların sağlamlığı və təhlükəsizliyi səbəbi ilə hazır sənədlərin alınmasını müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, Novruz Bayramı ilə əlaqədar Əmlak Xidmətləri Məkanında 2020-ci il martın 20-28-i qeyri-iş günləri olacaq.