Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında dezinfeksiya işləri aparılır.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.
Qeyd olunub ki, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında mütəmadi olmaqla profilaktik tədbirlər aparılır.