Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilməsi, nəzərdə tutulan insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzrə iş aparılır:
"Eyni zamanda fikirləşirik ki, onların marketinq işinə necə kömək edək? Yəqin ki, ən yaxın vaxtlarda bununla bağlı müvafiq addımların atıldığını görəcəksiniz. Hazırda bununla bağlı müzakirələr gedir".