• 17 Yanvar 2021
logo
"Azərişıq" dezinfeksiya işləri həyata keçirib

"Azərişıq" dezinfeksiya işləri həyata keçirib

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam edir.

"Azərişıq" ASC-dən verilən məlumata görə, martın 10-da ASC-nin inzibati binasında, cəmiyyətin region və rayon elektrik şəbəkələrində, Tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında, 199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib və mütəmadi davam etdirilir.