• 26 Sentyabr 2020
logo
TƏBİB xaricdən gələnlərə koronavirus xəbərdarlığı etdi

TƏBİB xaricdən gələnlərə koronavirus xəbərdarlığı etdi

Tibbi Ərazi Birliyini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlərə xəbərdarlıq edib.

Birliyin "Facebook" səhifəsində paylaşılan xəbərdarlıqda vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunub.

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günlərini evdə keçirməli, olduqları məkanı tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olmalıdır.

Bundan əlavə, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.