• 17 Yanvar 2021
logo
Koronavirus təhlükəsi ilə əlaqədar teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb - RƏSMİ

Koronavirus təhlükəsi ilə əlaqədar teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb - RƏSMİ

"Teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb”.

Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O qeyd edib ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq tapşırığı əsasında koronavirus təhlükəsi ilə əlaqədar martın 7-dən 27-dək Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb.