• 12 İyul 2025
logo
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edilib

Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edilib.

Akademiyadan verilən məlumata görə, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə MEK-də çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri işləyib.