• 22 İyul 2019
logo
add image
Bakıda 43 min dolları mənimsəyən qadın saxlanıldı

Bakıda 43 min dolları mənimsəyən qadın saxlanıldı

“102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43.000 ABŞ dollarının alındığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.