• 19 Sentyabr 2020
logo
Qazax Sement Zavodu MMC Dubayda keçirilən Beynəlxalq Sement Konfransında iştirak edir

Qazax Sement Zavodu MMC Dubayda keçirilən Beynəlxalq Sement Konfransında iştirak edir

Azərbaycan Respublikas Prezidenti cənab İlham Əliyevin regionların sosial inkişafı sahəsində verdiyi fərmanlar və dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, investisiya qoyuluşunun və müəssisələrin məhsularlığının artırılmasına böyük təkan vermişdir.

Bu proqramlara uyğun olaraq Qazax Sement Zavodu MMC klinker və sement istehsalı həcminin, o cümlədən Respublikanın qərb regionunda yerləşməsi ilə Gürcüstan Respublikasına klinker ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihəsini reallaşdırır.

“Qazax Sement Zavodu” MMC Almaniyanın “Sustained Visions” şirkəti ilə birlikdə 2-4 Mart 2020-ci ildə Dubayda keçirilən Beynəlxalq Sement Konfransı ”İntercem Dubai 2020” –də iştirak etdi. Konfransda Qazax Sement Zavodu MMC-nin Rəhbərliyi və “Sustained Visions” şirkətinin mütəxəssisləri “Minimal İnvestisiyanın xərclənməsi ilə məhsuldarlığın artırılması” mövzusunda çıxış etmişdir.

İştirakçılara 2019 və 2020-ci ildə zavodda əldə edilən nailiyyətlət, klinker və sement istehsalı həcminin, o cümlədən ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihələri barədə məlumat vermişdir.

Məlumat üçün bildirik ki, konfransda dünyanın 40-dək ölkəsindən təxminən 300-dək nümayəndəsi iştirak edirdi.