• 29 Sentyabr 2020
logo
Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı

Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırıldı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafikə uyğun davam edib.

Həmçinin, bu qərar uşaq baxçalarına da aiddir.