• 22 Sentyabr 2020
logo
Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq - Anar Kərimov

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq - Anar Kərimov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.

Nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb.

A.Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.