• 25 Sentyabr 2020
logo
Azərbaycanda 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salındı

Azərbaycanda 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salındı

Dövlət İmtahan Mərkəzinin martın 9-da keçirməsi nəzərdə tutulan buraxılış imtahanı təxirə salınıb.
Mərkəzdən verilən məlumata görə, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.
Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə əvvəl elan olunacaq.