• 15 İyul 2024
logo
Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirilib

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirilib

Məktəblilər mobil operatorun Şəbəkə Texnologiyası departamenti ilə tanış olublar
“Azercell Telekom”-un İnsan Kapitalının İdarə Edilməsi departamenti ADA Məktəbinin müəllim və şagird heyəti ilə görüş təşkil edib. ADA Məktəbinin 11-ci sinif şagirdləri ölkənin aparıcı mobil operatorunun Şəbəkə Texnologiyası departamenti ilə tanış olub, onun iş prinsinipini izləmək imkanı qazanıblar. Tədbir zamanı məktəblilər Azercell-in şəbəkə əhatə dairəsi və xidmətin keyfiyyəti ilə bağlı araşdırmalarını təqdim edib, öz müşahidələri ilə bölüşüblər. Bu, şagirdlər üçün müxtəlif mənbələrdən öyrəndikləri nəzəri bilikləri real telekommunikasiya mühitində təqdim etmək və dəyərli təcrübə qazanmaq baxımından önəmli bir imkan olub.
Azercell-in Şəbəkə Texnologiyası departamentinin Şəbəkənin keyfiyyətinə nəzarət və hesabat bölümünün rəhbər və mütəxəssisləri artıq məktəb yaşlarından bu sahəyə maraq göstərən gənclərə dəstək olmaq məqsədilə məktəblilərə işlərini təkmilləşdirmək və bacarıqlarını artırmaq üçün müəyyən istiqamətlər və tövsiyələr veriblər. Şagirdlərə “STARTAP nədir” mövzusunda sessiya təqdim olunub, startapların ən son tendensiyaları, onların müxtəlif istiqamət və imkanları ilə bağlı sualları cavablandırılıb. Mövzü ilə bağlı şagirdlərə öz bacarıqlarını daha da inkişaf etdirməyə imkan verən qrup çalışması keçirilib.
Azercell Plazada şagirdlər üçün həmçinin ekskursiya proqramı da təşkil olunub. Məktəblilərə bençmark və drayv-test avadanlıqları əyani şəkildə göstərilib və onların işləmə prinsipi izah olunub, şagirdləri maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanlamaq imkanı yaradılıb. Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.