Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır:
"Ola bilər ki, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işləri Bakıda və bölgələrdə sanitar epidemioloji stansiyalar tərəfindən aparılır".
C.Valehov, həmçinin qeyd edib ki, koronavirusa görə məktəblərdə şagirdlərə sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib.