• 1 Aprel 2020
logo
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2020-ci ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 469,7 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 316,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,4 faizini təşkil edib.

2020-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 72,5 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 milyon manat təşkil edib.