• 19 Aprel 2024
logo
Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər açıqlandı

Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən əraziləri açıqlayıb.

Bu barədə Nazirliyin departament direktoru Hikmət Əlizadə jurnalistlərə məlumat verilib.

Onun sözlərinə görə, ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır:

"Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir".

O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını açıqlayıb:

"Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır".