• 30 Mart 2020
logo
Azərbaycanda daha bir yol polisi postu köçürüldü

Azərbaycanda daha bir yol polisi postu köçürüldü

Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb.

Bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib: "Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post yolun çəkildiyi hissəyə düşdüyündən sökülərək yeni yolun kənarına köçürülüb. Hazırda post yeni yerində fəaliyyətini davam etdirir".

Xatırladaq ki, bir müddət əvvəl Bakı-Ələt yolunda fəaliyyət göstərən Qaradağ stasionar postu Səngəçal qəsəbəsinə köçürülmüşdü. Həmçinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu (Ekologiya postu) sökülərək yeni yolun kənarına köçürüləcək.