• 20 Aprel 2024
logo
Sudan istifadə üçün limitlər yarana bilər - Ekspert

Sudan istifadə üçün limitlər yarana bilər - Ekspert

Azərbaycanda sudan istifadə üçün limitlər yarana bilər.
Baymedia.az xəbər verir ki, bunu "Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.
Ekspert ölkəmizdə ən quraq regionların Mərkəzi Aran, Naxçıvan və Abşeron olduğunu söyləyib:
"Həmin ərazilərin davamlı su ilə təminatına ehtiyac var. Azərbaycanın su ehtiyatlarının əksər hissəsi xarici ölkələrin ərazisində formalaşır. Su təchizatında buna görə problemlər yaşanır".
R.Abbasov vurğulayıb ki, artıq bu gedişlə sudan istifadə üçün limitlər yarana bilər:
"Hər kəs istədiyi yerdə su mühərriki qoyub çaydan su götürə bilməz. Çaylardan götürüləcək suyun miqdarını azaltmaq üçün müxtəlif müasir texnologiyalardan istifadə edilməlidir".