• 26 Aprel 2024
logo
ASCO əməkdaşlarının maaşları artırıldı

ASCO əməkdaşlarının maaşları artırıldı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq. Artım həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.
Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.