• 20 Aprel 2024
logo
Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici videoçarx

Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici videoçarx

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirmə məqsədilə növbəti videoçarx hazırlanıb.

Nazirlikdən verilən məlumata görə, videoçarxda istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş bir şəxsin həyat hekayəsi timsalında əmək müqaviləsi olmadan işləməyin daha bir acı nəticəsini görürük. Aydın olur ki, əmək müqaviləsi yalnız gələcək sosial təminat üçün deyil, işçinin iş prosesində baş verən bədbəxt hadisə nəticəsində ciddi zərər çəkdiyi halda da sosial müdafiə olunması, tək və dəstəksiz qalmaması üçün əsas yaradır.