• 24 İyul 2019
logo
add image
Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ

Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ

Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.