• 27 Oktyabr 2020
logo
Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib:

“Amma əvvəl bu say 700-dən çox idi. Burada söhbət yalnız vakant olan direktor vəzifələrinə olan təyinatdan getmir. Eyni zamanda, keyfiyyət dəyişiklikləri də baş verib”.