• 22 Oktyabr 2020
logo
2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib

2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib.

Nazirlikdən bildirilib ki, həmin şəxslər üçün üçün artıq 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədən keçən şəxslər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.