• 19 Mart 2024
logo
"Doktor, əlləriniz var olsun"

"Doktor, əlləriniz var olsun"

O qədər fəxr ediləsi, qürur duyulası oğullarımız var ki...Onlar harda yaşamasından, hansı sahədə çalışmasından asılı olmayaraq dilində, əməlində Allahı bilir, mənsub olduğu xalqın adını hər şeydən üstün tuturlar. Belə fəxr olunası oğullarımızdan biri də Əliyev Fikrət Ağalar oğludur. Fikrət həkim Azərbaycan Tibb Universitetinin nevrologiya fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Yardımlı Mərkəzi Rayon Xəstəxanasında nevroloq kimi çalışmışdır. Qısa müddətdə əsl şəfalı əllər sahibi kimi tanınmışdır.
Fikrət həkim uzun müddətdir ki, Rusiyanın Nijni Novqorod vilayətinin 33 saylı xəstəxananın nevroloji şöbəsində həkim işləyir. Hər yay məzuniyyətini doğulduğu Yardımlı rayonunun Anzov kəndində istirahətə həsr edir. Amma istirahətinə rəğmən gecə-gündüz pasient qəbul edir, müalicə aparır, resept yazır, məsləhət verir. Xalqın duaları onunladır həmişə.
Yaxınlarda Rusiya mətbuatında nəşr olunan bir qəzet əlimə düşdü. Qəzetdə Fikrət həkim haqqında bir məqalə verilmişdi. Məqaləni oxuyanda azərbaycanlı həkimlə qürurlanmaya biomirsən. Fikrət həkimə isə, "Doktor, əlləriniz var olsun" deyir, can sağlığı, uğurlar arzulayıram. Biz Səninlə fəxr edirik Fikrət həkim! Həmişə xoş soraqlarını eşidək! Uğurlar!

Malik Balaşov, tarixçi-publisist