• 24 Oktyabr 2020
logo
Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllimlərin işə qəbuluna başlanılıb

Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllimlərin işə qəbuluna başlanılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, informasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək.

Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilli olmalı, sənaye təcrübəsi, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdır.

Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.

Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovas