Bakıda koronavirusla şübhəli 7 nəfər var
Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin sayı 7 nəfərə çatıb.
Trend-in verdiyi xəbərə əsasən, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd edilir ki, hazırda KTM-in yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var:
1-2. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.
3. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.
4. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur.
5. Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.
6. Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .
7. Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hal-hazırda səhhətində problem yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.
5 Fevral 2020 11:49
1 351
Digər xəbərlər
15 Sentyabr 2025 13:05
427
15 Sentyabr 2025 10:42
399
12 Sentyabr 2025 09:27
1 134
11 Sentyabr 2025 12:42
1 288
11 Sentyabr 2025 11:17
1 288
10 Sentyabr 2025 12:14
1 652
10 Sentyabr 2025 12:12
1 456
9 Sentyabr 2025 10:45
1 596
8 Sentyabr 2025 16:40
1 680
8 Sentyabr 2025 12:41
1 610
6 Sentyabr 2025 15:47
2 065
5 Sentyabr 2025 13:36
2 163