• 25 Sentyabr 2020
logo
Kolleclərə ərizə qəbulu başlayır

Kolleclərə ərizə qəbulu başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
DİM-dən verilən məlumata görə, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün 22 fevral-11 mart tarixlərində elektron ərizə təqdim etməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu sistemi avqustun 5-dək aktiv olacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5 dək“ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50 dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi 24 iyul-5 avqust tarixlərində aparılacaq.