• 20 Oktyabr 2020
logo
ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar xəbərdarlıq yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib. Trend-in məlumatına görə, bəyanat səfirliyin "Facebook" səhifəsində yerləşdirilib. Qeyd olunur ki, ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir: "Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda Çində olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində Çinə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik".