• 16 İyul 2019
logo
add image
Bakıda bu küçələrdə işıqforlar işləmir - İşıqlar kəsilib

Bakıda bu küçələrdə işıqforlar işləmir - İşıqlar kəsilib

Hazırda Bakının bəzi küçələrində işıqforların işində problem yaranıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu, elektrik təchizatının kəsilməsi ilə əlaqədardır.
Belə ki, hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.
Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.