• 18 Oktyabr 2021
logo
Nazirlər Kabineti: Yeni yaradılan ixtisaslar kadr tələbatının təmini üçün mühüm əhəmiyyət kəsb edir

Nazirlər Kabineti: Yeni yaradılan ixtisaslar kadr tələbatının təmini üçün mühüm əhəmiyyət kəsb edir

Nazirlər Kabineti (NK) “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na edilən dəyişiklikləri izah edib.

NK-dan verilən məlumata görə, “Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökümət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə”, “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslarının daxil edilməsini nəzərdə tutur.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyan müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.