• 22 Oktyabr 2021
logo
“Azərenerji” ASC-də 37 gənc kadra yüksək vəzifə verildi

“Azərenerji” ASC-də 37 gənc kadra yüksək vəzifə verildi

Fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafını təmin etmək məqsədilə qəbul edilən xüsusi konsepsiyaya uyğun olaraq “Azərenerji” ASC-nin rəhbər vəzifəli şəxsləri tərəfindən bir il əvvəl 125 nəfər gənc və təcrübəli energetiklər himayəyə götürülüb.
Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən bildiririk ki, həmin 125 gəncin yetişdirilməsi, bilik və bacarıqlarının artırılması, qocaman energetiklərin yerinə əvəzedici kadr kimi formalaşdırılması üçün 1 il müddətində praktik işlər görülüb. Nəticədə bu günə kimi himayəyə götürülən şəxslər imtahan edilərək, 89 nəfər rəhbər vəzifələr üçün tam hazırlanıb kadr ehtiyatı bankına daxil edilib.
İmtahan nəticələri əla olan 37 nəfər gənc yüksək vəzifələrə irəli çəkilib.
Bundan başqa, “Azərenerji” ASC-nin Regional Elektrik Şəbəkələrində və Elektrik Stansiyalarında çalışan işçi heyətinin təkmilləşməsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni yaradılan Tədris Mərkəzi tərəfindən müəssisələrdə 74 kurs təşkil olunub və kurslara ümumilikdə 400 nəfərə yaxın işçi cəlb edilib.